Qoç - Yaradıcı yanaşma tələb edən işlər üçün əlverişli zamandır. Enerjili olun, maraqlı ideyalarınızı dilə gətirməkdən çəkinməyin. Bacarıqlarınızı trivial olmayan yolla nümayiş etdirin. Olaylarla maraqlanan insanları tərəfinizə cəlb edin.Tərəzi - Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, gününüz uğurlu alınacaq. Bilin ki, paylaşılan sevinc ikiqat olur, paylaşılan dərd isə yarıbayarı azalır. Dürüst qərarlar sayəsində daha ciddi nailiyyətlər əldə edə bilərsiniz. Bütün işlərə eyni vaxtda başlamayın. Problemləri tədricən, dalbadal həll edin.
Günün ikinci yarısında qətiyyətli və iradəli olun. Axşam saatlarını dəyər verdiyiniz insanlarla, yaxınlarınızla keçirin. Maraqlandığınız şəxslə əlaqələri yaxşılaşdırmaq üçün irəliyə doğru addım atın.
Əqrəb - Ambisiyalarınız karyera müstəvisində irəliləyiş tələb edirsə - aktivləşin, daha fəal olun. Təxribatlara uymayın. Sizi dilə tutanlara, vədlər verənlərə aldanmayın. Peşəkarlıq baxımından inkişafınıza mane olan insanları rədd edin.
Doğrudur, savaşın yaxşısı, sülhün pisi olmaz. Amma bəzi mənəviyyatsızlara yerini göstərmək zamanı çatıb.
Günün ikinci yarısında qərarlarınızı müstəqil qəbul edin. Uğurların qiyməti dəyər verdiyiniz insanla münasibətlərin pisləşməsi ola bilər. Ailədə normal mühiti qorumaq üçün bitib-tükənməyən özünütənqid və təhlildən kənarlaşın. Axşam saatlarını yaxınlarınızla ünsiyyətə həsr edin.
Oxatan - Günün ilk yarısından etibarən aktiv olsanız, işlərinizdə irəliləyişlərə nail olacaqsınız. Səhər saatlarında mühüm xəbərlər alacaqsınız. O xəbərlərdən biri işlərin tempini və istiqamətini müəyyənləşdirəcək.
Yarımçıq işləri başa vurun. Rəqiblə qarşılaşmaqdan, mövqelərinizi qorumaqdan çəkinməyin.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Alış-verişdə bədxərclik etməyin.
Axşam saatları ailəvi tədbirlər üçün pis deyil. Gəzintiyə və ya səyahətə çıxmaq olar. Qohumlarla, dostlarla birlikdə olun.
Oğlaq - Başqalarının əməllərindən və ya təcrübəsindən yararlanmaq üçün yaxşı imkanlar yaranıb. Əsas məsələ odur ki, maraqlarınıza cavab verməyən hadisələrin bilavasitə iştirakçısına çevrilməyin. Kənar müşahidəçi olaraq qala bilərsiniz. Mənasız risklərə yol verməyin, qumara qatılmayın.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin.
Gün ərzində qüvvənizi dürüst paylaşsanız, axşam saatlarını dostlarla keçirmək və ya vaxtınızı ailə qayğılarına ayırmaq imkanlarına sahib olacaqsınız. Romantik hisslər istisna deyil.
Dolça - Yetərincə narahat, laübalı gündür. Təlatümlü proseslərin axarına düşərək yönsüz irəliləyişlərə yol verməyin. Problemi danışıqlar və ya müzakirələrlə həll etmək mümkün deyilsə, radikal, sərt addım atın.
Günün ikinci yarısında yaxınlarınızdan biri ilə münaqişə riski yaranacaq. Axşam saatları olaylarla zəngindir. Qüvvələrinizi bərpa etmək üçün istirahətə ehtiyacınız var.
Balıqlar - Başqalarının münaqişələrinə qatılmayın. Yadların problemlərini həll etməyə çalışmayın. Sakit gündən maksimum dərəcədə bəhrələnməyə can atın. Texniki vasitələrdən yararlanaraq məqsədə doğru irəliləyin.
Günün ikinci yarısında təəssüf hissi yaradacaq itki və ya xərclər ola bilər. Qohumlar və dostlarla münasibətləri korlamayın. Sevdiyiniz insanın dəyərini bilin.
Ailədəki problemi çətinlik çəkmədən həll edə bilərsiniz.
Milli.Az
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – Vətəndaşın haqqını, hüququnu rüşvət torağına çevirənlər, dövlətin məhkəmə qərarını idarə ambisiyalarından aşağı tutanlar bu gün İmişli təhsilini rəsmən bataqlığa
Masallı qaz idarəsindən şikayət var Vətəndaşın şikayəti