Maliyyə kanalları bağlanan FETÖ Dubayda “PayzakatGlobal” adlı şirkət qurub, məzlumlar üçün gələn zəkatları kassasına yığır.
Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin “Axşam” qəzetinin köşə yazarı Osman Nuri Cerit öz yazısında qeyd edib.
Yazar bildirib ki, şirkətin başına FETÖ-nün Azərbaycan imamı, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanov gətirilib.
Osman Nuri Cerit yazır:
“Pensilvanyadakı terror təşkilatının təlimatı ilə hərəkətə keçən FETÖ-çü xainlər internetdə qurduqları “PayzakatGlobal” adlı şirkət üzərindən incə bir planı dövriyyəyə buraxıb. Mərkəzi Dubayda olan şirkət xain terror təşkilatının istismar taktikasından istifadə edərək, internetdən “zəkat” yığır”.
Müəllif yazır ki, rusca, ingiliscə, ərəbcə fəaliyyət göstərən “PayzakatGlobal” şirkətinin başına isə FETÖ-nün Azərbaycandakı imamı Elnur Aslanov gətirilib: “Aslanov sosial şəbəkədəki paylaşımları ilə din istismarçılığını buradan idarə edir. Şirkətin saxtakalığına inan xeyriyyəçilərin məzlumlara yetişəcəyini düşünürək göndərdikləri zəkat və yardımlar isə FETÖ-nün kassasına daxil olur”.
Köşə yazarı qeyd edir ki, Elnur Aslanovun bu şirkətin başına gətirilməsi Azərbaycandakı xəbər saytı “Yeni çağ”da yayımlanan xəbərlə də deşifrə olub.
Osman Nuri Cerit xatırladır ki, Elnur Aslanov 2014-cü ildə Azərbaycanda Prezident Administrasiyasından uzaqlaşdırılıb. O, həmin vaxtdan ABŞ-a qaçıb və hazırda orada yaşamaqdadır.
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – Vətəndaşın haqqını, hüququnu rüşvət torağına çevirənlər, dövlətin məhkəmə qərarını idarə ambisiyalarından aşağı tutanlar bu gün İmişli təhsilini rəsmən bataqlığa
Masallı qaz idarəsindən şikayət var Vətəndaşın şikayəti