
Ərzaq oğurluğunun artmasının səbəbi nədir? Bu, ölkədəki mövcud sosial durumun göstəricisi hesab edilə bilərmi?
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev mövcud durumun narahatverici olduğunu qeyd edib:
“Əslində bizdə artan yalnız oğurluq deyil. Bizdə həm də fahişəlik, narkomaniya və s. artıb. Ərzaq oğurluğunun da artdığı mediada yer alan xəbərlərdən aydın görünür. Bunların hamısı böhran durumunun göstəriciləridir. Bunlar bir-birinə bağlı olan məsələlərdir. Və təbii ki, bütün bunlar sosial durumun ağırlığından xəbər verir”.
Fia.Az