AB səyahət üçün tövsiyə olunan ölkələrin siyahısını yenilədi
Avropa Birliyi vətəndaşları üçün səyahət edə biləcək ölkələrin növbəti siyahısını təqdim edib.Axar.az xəbər verir ki, koronavirus pandemiyasından dolayı tətbiq edilən məhdudiyyətlərlə bağlı daha öncə səyahət etməyə icazə verilən Tailand və Ruanda siyahıdan çıxarılıb, əvəzində isə Ukrayna siyahıya əlavə edilib.
Siyahı hazırda Ukraynadan əlavə, Albaniya, Azərbaycan, Avstraliya, Bosniya və Herseqovina, Bruney, Kanada, İsrail, Yaponiya, İordaniya, Livan, Çernoqoriya, Yeni Zelandiya, Qətər, Moldova, Şimali Makedoniya, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, Cənubi Koreya, Kosova, Ermənistan, ABŞ, Honkonq, Makao və Tayvan var.
Tarix: 16-07-2021, 09:13