Liderlər arasında müəmmalı görüş: Bir qovluqla gəldi, açıqlama verilməyəcək

Liderlər arasında müəmmalı görüş: Bir qovluqla gəldi, açıqlama verilməyəcək
Belarus Prezidenti Aleksandr Lukaşenko may ayında Rusiya lideri ilə görüşə apardığı çantanın əvəzinə bir qovluqla həmkarı Vladimir Putinlə görüşə gəlib.
 
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
 
Dövlət başçıları nahar etdikdən sonra danışıqlara başlayıblar.
 
Lukaşenko və Putin arasındakı görüşdən sonra mətbuata açıqlama verilməyəcəyi deyilib.
 
Belarus lideri Sankt-Peterburqa gəldikdən sonra Minskdəki dözülməz istilərdən şikayətlənib. Sankt-Peterburqdakı hava durumunu “dözülən” adlandırıb.
 
Putin və Lukaşenko arasındakı əvvəlki görüş mayın 28-də Soçidə baş tutub.

Tarix: 13-07-2021, 23:06
Xəbəri paylaş





Xəbər lenti