Taliban İranla sərhəddəki nəzarət-buraxılış məntəqəsini ələ keçirib


Taliban İranla sərhəddəki nəzarət-buraxılış məntəqəsini ələ keçirib
Lakin Əfqanıstan Daxili İşlər Nazirliyi məntəqə üzərində nəzarətin itirilməsi faktını inkar edir
 
Taliban hərəkatının silahlıları Herat əyalətində İran və Türkmənistanla sərhəddə yerləşən nəzarət-buraxılış məntəqələrini ələ keçirib. AYNA xarici mediaya istinadən bildirir ki, hərəkatın nümayəndələri İranla sərhəddə yerləşən “İslam-Qala” nəzarət-buraxılış məntəqəsinin ələ keçirilməsi barədə məlumatı təsdiqləyib.
 
Lakin Əfqanıstan Daxili İşlər Nazirliyi məntəqə üzərində nəzarətin itirilməsi faktını inkar edir.
 
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan Taliban hərəkatı arasında qarşıdurma davam edir.
Tarix: 9-07-2021, 15:57
Xəbəri paylaş





Xəbər lenti