ABŞ-ın döyüş gəmisi Qara dənizdə



ABŞ Hərbi-Dəniz Qüvvələrinə (HDQ)məxsus Yuma sürətli döyüş gəmisi Qara dənizə doğru  hərəkət etməyə başlayıb.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Amerika Hərbi-Dəniz Qüvvələrinin 6-cı donanmasının "Twitter" səhifəsində məlumat verilib. Məlumatda deyilir ki, ABŞ HDQ-nin Yuma döyüş gəmisi şimala Qara dənizdə müttəfiqləri və tərəfdaşlaır ilə birgə hərbi təlimlərdə iştirak etmək üçün  hərəkət etməyə başlayıb. Gəminin hərəkəti ilə bağlı başqa məlumat verilmir.
İyunun 28-dən iyulun 10-dək Qara dənizdə "Sea Breeze 2021" hərbi manevr təlimləri keçirilir. 
Təlimlərdə  ABŞ, Türkiyə, Böyük Britaniya, Kanada, Ukrayna, Niderland, Rumıniya, Bolqarıstan, Yunanıstan və Latviya iştirak edir. Hərbi təlimlərə 4000 hərbçi, 40 hərbi gəmi, kater və köməkçi gəmilər, 30 aviasiya texnikası, 100-dən artıq  zirehli texnika və avtomobil cəlb olunub.


Tarix: 8-07-2021, 17:41
Xəbəri paylaş





Xəbər lenti