Ermənistanda oru dünyasına qarşı geniş miqyaslı əməliyyatlara start verilib. Criminal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar bütün ölkə boyu həyata keçirilib. Kriminal aləmin tutulan generalları sırasında "Samvelik" ləqəbli Samvel Arutunyan, "Jiro Şaumiyanski" ləqəbli Jirayr Brutyan, "Suro Leninakanski" ləqəbli Suren Avetisyan, "Artyomik Leninakanski" ləqəbli Aryom Qazaryan, "Sevo" ləqəbli Armen Manukyan və başqa simalar var. 











