Demokrat.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Məlumata görə, şirkət internet üzərindən parakəndə satış həyata keçirəcək. Bu, AZAL prezidentinin ailəsinin İngiltərədə sayca 7-ci şirkətidir, onlardan hazırda 5-i fəaliyyətdədir. Təkcə “MRCR Art Limited” aktivləri 31 milyon funtdan artıqdır. “Gazelli İnternational Limited”in aktivləri isə 13 milyon funt-sterlinqliqi keçib. İngiltərədə AZAL rəhbərinin ailəsinə məxsus şirkətlərin aktivləri üst-üstə 100 milyon manatdan artıqdır. Gürcüstanda isə Əsgərovların iki 3 dəbdəbəli oteli var. Təkcə Batumidəki “The Gloria Hotel”ə 40 milyon dollar investisiya qoyulub.




















