Hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini olan Musa Pənahovun oğlu bu şirkəti 2010-cu ilin iyulun 6-da Vyana ədliyyəsində 35 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Şirkət Vyanada, Tiefen Graben 12/17 ünvanında fəaliyyət göstərir. O zaman Musa Pənahov nəqliyyat nazirinin müavini idi və Azərbaycan tərəfdən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin icrasına rəhbərlik edirdi.








