“RÜTBƏ QAZANMAĞIN YOLU BU ANCAQ, ALÇAĞA UCA DE, UCAYA ALÇAQ” !!!


YALTAĞAM

Rəis görsəm, mən bilirəm işimi,
Fərqi yoxdur – nakişimi, kişimi?
Lap uzaqdan ağardaram dişimi,
Belə olacağam nə qədər sağam,
Yaltağam!!!
Alnıma yazılıb: quyruqda gəzim,
Min süni ehtiram, min süni təzim,
Güclüyə baş əyim, gücsüzü əzim,
Vəzifəli yiyəm, vəzifə ağam,
Yaltağam!!!
Şərəf mənliyimdən süzülüb çölə,
Pula kölələrə olmuşam kölə,
İçimdə qoymaram rəzalət ölə,
Hədyana şərikəm, şərə ortağam,
Yaltağam!!!
Qürur nədir? Qürursuzun nökəri,
İti gedir yağlı yalan təkəri,
Kəm etmərəm dilimdəki şəkəri,
Belə təlim keçib ustadım, qağam,
Yaltağam!!!

Xoşhal etsəm müdirimi nə qəmim?
Nuhun tufanında heç batmaz gəmim,
“Malades!” məlhəmim, ənam həmdəmim,
Doğru yasağımdır, haq söz qadağam,
Yaltağam!!!
Rütbə qazanmağın yolu bu ancaq,
Alçağa uca de, ucaya alçaq,
Onda haramların halal olacaq,
Belə təlim görsün bələkdə çağam,
Yaltağam!!!
İçiboşlar heç vaxt olmaz boş duran,
Yağlı yalan müdirimi coşduran,
Dilimlə özünə dastan qoşduran,
Gerçəyi qurudam, yalana yağam,
Yaltağam!!!

Əmrə müntəzirəm əldə aftafa,
Məni başa düşməz qürurlu qafa,
Cəfadan boy verir ömrümə səfa,
Adamlıqda geri, nəfdə qabağam,
Yaltağam!!!
Əyilirsən ucalasan özün də,
Ucalıram söz umanın sözündə,
Məst etdiyim yüngüllərin gözündə
Ceyrandan gözəldir mənim qurbağam,
Yaltağam!!!
Öndəyəm adamlıq cərgəsində mən,
Yaxşı peşə seçdim vədəsində mən,
Kefdəyəm kölgəsiz kölgəsində mən,
Cüyürü də keçər mənim tısbağam,
Yaltağam!!!
Yox urvatı əsil şərəfin, şənin,
Qanqalıyam gül bitirən gülşənin,
Mən dinəndə qanad açıb şişənin,
Könlündə dəryayam, gözündə dağam,
Yaltağam!

Əyni qalın əgər görsən soyundur,
Dayazları məst eləmək oyundur,
İnanırsa, demək o da qoyundur,
Aldanan qoyunu gərək mən sağam,
Yaltağam!!!
Ağu verən axır olur bal yeyən,
Bu dünyada boş qafalar tac geyən,
Pristav itinə “Malades!”-deyən,
Qurbanəli ağacında budağam,
Yaltağam!!!
Harda səfeh olsa, mən orda varam,
Haqla, ədalətlə olmayıb aram,
Qatıra varisəm, söyüdə baram,
Korlara eynəyəm, daza darağam,
Yaltağam!!!
Nitqimdə gül susur, qanqallar dinir,
Alçaqlar ucalır, ucalar enir,
Doğru buz bağlayır, yalan isinir,
Bəşər kitabında saxta varağam,
Yaltağam!!!

Cibdən imkanlını tutubdur azar,
Doğru qan qaraldar, əhvalı pozar,
Mən doğru söyləsəm, o əyri yozar,
Qara niyyətlinin gözündə ağam,
Yaltağam!!!
Ağamın bezinə ipək deyirəm,
Düşməni ceyrana köpək deyirəm,
Zəhər söhbətinə pətək deyirəm,
Haqqın sinəsinə çəkilmiş dağam,
Yaltağam!!!
Sözüm tək-tükünə eyləməz əsər,
Ağzımı açmamış sözümü kəsər,
Gözümdə qürurlu əbləh, gicbəsər,
Onların əlindən qana qaltağam
Yaltağam!!!
Məhərrəm HÜSEYNOV

Xoşhal etsəm müdirimi nə qəmim?
Nuhun tufanında heç batmaz gəmim,
“Malades!” məlhəmim, ənam həmdəmim,
Doğru yasağımdır, haq söz qadağam,
Yaltağam!!!
Tarix: 15-08-2019, 21:28
-
Bu gün, 22:45
Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır - Türkiyədə
-
Bu gün, 15:18
Müştəri 11 qəpiyə görə şikayət etdi, “Megastore” 4 min manat cərimələndi
-
Bu gün, 14:21
KREDİT BORCU MAAŞDAN VƏ PENSİYADAN TUTULA BİLƏR? - Hüquqi məqamlar açıqlandı
-
Bu gün, 14:18
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib - FOTO
-
Bu gün, 14:13
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli “Məhsul bayramı” keçirilib -FOTO
-
Bu gün, 14:07
Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb - İLGİNC
-
Dünən, 22:25
Xaricdən gətirilən kərə yağının gömrük dəyəri 15% ucuzlaşıb – Siyahı
-
Dünən, 14:38
“Yenə belə videolar paylaşsa, ona mən cavabdeh deyiləm” – Elman Nəsirovun qızı
-
31-10-2026, 18:55
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
31-10-2026, 16:52
Rövşən Rzayevi “AĞA-EE İnşaat” MMC ilə nə kimi tellər bağlayır və ya Antiinhisar Agentliyi Komitə sədrinin havadarı rolunda
-
30-10-2026, 15:55
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq DƏLƏDUZLUQ
-
30-10-2026, 13:22
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib - FOTOLAR
-
30-10-2026, 10:30
Prezident park salınmasını tapşırdı, Şərurlu İsfəndiyar isə yerində bina tikir - Yasamalda özbaşınalıq
-
30-10-2026, 09:48
Müharibə onlara milyardlar qazandırıb
-
29-10-2026, 22:23
"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO
-
29-10-2026, 22:13
“Avropa Beynəlxalq Hospital”ın ölən pasienti ilə bağlı məhkəmə qərarı: - Ailəyə təzminat ödəyəcək
-
29-10-2026, 16:22
Kamaləddin Qafarov kimdir? – Deputatın siyasi karyerası, biznes çevrəsi və haqqında yayılan iddialar…
-
29-10-2026, 16:20
"N1” çörəyindən görün nə çıxdı – Foto
-
29-10-2026, 16:14
"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
-
29-10-2026, 16:12
“Bankomat 700 avromu “uddu”, günlərdir geri ala bilmirəm”- Kapital Bankdan şikayət
-
29-10-2026, 16:08
Bu il “Avrora”ya aid “Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub
-
29-10-2026, 16:01
“Socare” adlı şirkət yaradılıb: rəhbərliyində SOCAR rəsmiləri var – DETALLAR
-
28-10-2026, 17:28
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
28-10-2026, 17:13
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
28-10-2026, 10:24
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
28-10-2026, 08:10
“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 21:02
Cəlilabadda məktəbin acınacaqlı vəziyyəti - "Uşaqlar yeriməyə qorxur"
-
27-10-2026, 20:55
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
27-10-2026, 17:58
Tramp və Netanyahuya pis xəbər: İki ölkədə ağır məğlubiyyət yaşandı