Qarabağımızın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb sağ ayağımı itirib 2-ci qrup əlil olmuşam.Mən bununla fəxr edirəm. Qarabağ əlillərinin və şəhid ailələrinin sosial rifahı yaxşılaşdıllması üçün dövlət büdcəsi vəsaiti hesabına mənzillərlə, avtomobillə, sosial müavinətlə təmin edilirlər.Bütün bunlara baxmayaraq bizim ailə acınacaqlı şəraitdə yaşayırıq ki, bu mənzərəni gözləri ilə görən hər bir Azərbaycanlı dəhşətə gələr.Bəlkədə Azərbaycan Respublikasında ikinci belə yarasız şəraitsiz və təklükıli vəziyyətdə olan ev yoxdur ki, mənim ailəm yaşayır.Mənim ailəmin yaşadığı yerə ev yox daha doğrusu qamışdan düzəldilmiş tövlə demək olar.Yağışda-qarda yaşadığımız daxmanı su basır.Yayda istidən yaşamaq olmur. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən xahiş edirəm ev növbəmi qanunsuz olaraq yerini dəyişdirib geriyə yazan vəzifəli şəxslərin barəsində qanuna müvafiq tədbirlər görülməsinə tapşırı verəsi və darısqal, acınacaqlı şəraitdə yaşayan ailəmizə öz kəndimizdə dövlət büdcəsi vəsaiti hesabına mənzil inşa edilib istifadəmizə verilməsinə köməklik göstərəsiniz. Nazir cənab Sahil Babayevdən çox-çox xahiş edirəm Ucar rayonunun Qaracallı kəndinə mənim daxmama qonaq gəlib yazdıqlarımı gözü ilə görsün.
Əlaqə telefonu; (050) 464-76-55 Qoşma; Sənədlər və fotoşəkillər
İmza ; Qasımov Şöhrət Mülkədar oğluSİAM.AZ