AHİK-in 11 avtomobili Səttar Möhbalıyevin qohumlarından alındı
	 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 11 avtomobili keçmiş sədr Səttar Möhbalıyevin qohumlarından alınıb. Pravda.az
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 11 avtomobili keçmiş sədr Səttar Möhbalıyevin qohumlarından alınıb. Pravda.az-ın xəbərinə görə, həmin avtomobillər indiyədək S.Möhbalıyevin ailə üzvlərinin və qohumlarının istifadəsində olub, maşınların bütün xərcləri AHİK-in hesabına ödənilib. 
Bildirilib ki, keçmiş sədr "Mercedes" markalı xidməti avtomobilini təhvil verdikdən özünə yeni avtomobil də alıb.  
Qeyd: Konfederasiyanın hazırki sədri Sahib Məmmədovdur. 
	
	
	
	
	
 Tarix: 2-09-2024, 23:15   
 	 
            
 
 
	
 
 