"SAB" məhkəmə qarşısında
	
"Flitstok" MMC və "Zəhmət-Ruzi" MMC arasında məhkəmə çəkişməsi davam edir. Pravda.az-ın xəbərinə görə, birincinin iddiası üzrə növbəti proses Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həlimə Alıyevanın sədrliyi ilə avqustun 21-də keçiriləcək. 
İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdir. 
Qeyd: "Zəhmət-Ruzi" MMC "SAB" əmtəə nişanının sahibidir. Şirkət ət və ət məhsulları istehsal edir.
	
	
	
	
	
 Tarix: 18-08-2024, 18:29   
 	 
            
 
 
	
 
 