SOCAR vitse prezidenti xanım Ziba Mustafayeva , cənab Azər Məmmədov, atasını qeyri-qanuni işsiz qoyduğunuz bu xəstə körpənin günahı nə?

SOCAR vitse prezidenti xanım Ziba Mustafayeva , cənab Azər Məmmədov? Bəs atasını qeyri-qanuni işsiz qoyduğunuz bu xəstə körpğnin günahı nə?
Nəzərinizə çatdırım ki üç azyaşlı övladım var. 8 yaşı olan böyük qızım insulindən asılı ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkir, 2-ci qurup əlildir.Mən Əhmədov Ruslan SOCAR Azəriqaz İB-nin Gəncə RQİİ-nin Göygöl XS-də telefonçu peşəsində calışırdım, mərkəzləşdirilmiş sistemə keçidlə bağlı dispetcerliyə test imtahanı vermişəm və Respublikada həmin sahə üzrə ən yüksək balı toplamışam. 40 suala 40 doğru cavab. Rəhbərliyin xidmətimi qiymətləndirilməsində ən yüksək balı 5 qiymətini almışam. Əmək şəraitinin yaxşılaşdırılması məqsədi ilə idarəmizi öz vəsaitmlə əsaslı təmir eləmişəm. Bu yüksək balıma və fədakarlığıma baxmayaraq mənim yox məndən qat-qat aşağı bal toplayanların əmri gəldi. İmtiyazlı adı altında imtahansız işə götürdükləri şəxsin (⁉️)əlilliyi olan anası əmrdən 2 ay əvvəl rəhmətə getmişdir. Azəriqaz həmin şəxsin anasının ölümünə görə 1600m maddi yardım vermişdir. 2 ay keçdikdən sonra imtiyazlı şəxs adı altında onun əmrini vermişdilər, işdən sonra xəstə anasına qulluq edəcək, rəhmətə getmiş insana necə qulluq edə bilərki(❓). Azəriqaz İB kadrlar şöbəsinin rəisi Xəqani m onun muavini Murad müəllim mənlə görüşəndə verdikləri əmrin qanunsuz əmr olduğunu etiraf etmək məcburiyyətində qaldılar(?).
Bu saxta əmri verməkdə bu insanların nə idi marağı vəzifə səlahiyyətlərindən niyə sui istifadə edərək bu saxtakarlığa yol verdilər. Danışanda haqdan hüquqdan danışan insanların əməllərində hec bir qanun, haqq, hüquq, acıq aydın görünmür.
Mirvari Gahramanli
TEREF
Tarix: Bu gün, 10:56