TƏBİB-in rəsmi şəxsi cərimələndi


Ucar Rayon Mərkəzi Xəsətəxanasının keçmiş direktoru, hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) çalışan Zeynal Bayramlı cərimələnib. 
azsiam.info Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi Zeynal Bayramlıya İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb. 
TƏBİB-in rəsmi şəxsi cərimələndi - Məhkəməyə müraciət etdi
Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 
 
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Zaynal Bayramlının hansı məbləğdə cərimlənıdiyi məlum deyil. Bəlli olan odur ki, o, dövlət qurumunun qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. İş hakim Solmaz Mustafayevanın icraatındadır. 
 
Zeynal Bayramlı bu ilin iyununda Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib. Rəsmi məlumatda qeyd edilib ki, ona TƏBİB-də başqa vəzifə həvalə edilib. Lakin hansı vəzifədən söhbət getdiyi məlum deyil. Bunun dəqiqləşdirmək də mümkün olmayıb. 
 
Mediada yer alan iddialara görə, Zeynal Bayramlı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur. 
Tarix: 10-12-2024, 21:50
Xəbəri paylaş





Xəbər lenti