Məskunlaşmada riyakar yanaşma: HRW İsrail üçün bir, Ermənistan üçün ayrı standart qəbul edir

        Corc Meyson universitetinin Skalia hüquq məktəbinin professoru və Qüdsdəki Kohelet siyasət forumunun elmi əməkdaşı Yucen Kontoroviç ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzetində beynəlxalq Human Rights Watch təşkilatının məskunlaşma, insan haqları və beynəlxalq hüquqla bağlı ziddiyətli mövqeyini ifşa edən maraqlı yazı qələmə alıb.
Musavat.com həmin yazını oxuculara təqdim edir.
İsrailə riyakar hücumlar çox yayılıb, lakin Sara Li Uitson bunu daha irəli səviyyəyə çıxarıb.
Human Rights Watch təşkilatının Yaxın Şərq və Şiamli Afrika üzrə direktoru olan bu xanım yəhudi dövlətini sərt tənqid etməklə tanınır. Bundan başqa, o, işğal və məskunlaşma cinayətlərinə görə İsrailə qarşı beynəlxalq ittihamların irəli sürülməsinin və boykotların həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir.
Lakin xanım Uitson başqa işğal olunmuş ərazilərdə məskunlaşmanı qəti şəkildə dəstəkləyir. Bu isə onun və həmkarlarının əslində İsrailə qarşı hüquqi iddialarını ciddiyə almadıqlarını nümayiş etdirir. Sara Li Uitsonun məskunlaşmanı dəstəklədiyi bölgə Azərbaycanda, Ermənistanın 1994-cü ildə işğal etdiyi Dağlıq Qarabağda yerləşir.
Həmin vaxtdan bu yana Ermənistan rəhbərliyi ermənilərin regiondakı məsunlaşmasını aktiv şəkildə dəstəkləyir. Hazırda bir çox erməni Qarabağı öz tarixi torpağı olaraq görməkdədir. Lakin həm BMT, həm də beynəlxalq məhkəmələr, habelə ABŞ Qarabağı Azərbaycan dövlətini tərkib hissəsi kimi qəbul edir.
Erməni ailəsindən çıxan xanım Uitson isə Qarabağı “Ermənistanın ayrılmaz parçası olaraq” təqdim edən Erməni Milli Komitəsi üçün 2018-ci ildə ianə toplanması mərasimində göstərdiyi canfəşanlıqla bilinir.
Xanım Uitson bir tərəfdən “Human Rights Watch” təşkilatının İsrailin İordan çayının qərb sahilindəki fəaliyyətlərini boykot kampaniyasını yürüdərkən, digər tərəfdən Ermənistan və onun işğal etdiyi torpaqlardan gətirilən şərabları reklam etməklə məşğuldur.
Tutduğu mövqelər arasındakı ziddiyyətlə bağlı ona ünvanlanan suallara xanım Uitson elektron poçt vasitəsilə belə cavab verib: “Mənim erməni diasporuna dəstəyim onların Ermənistandakı xeyriyyəçilik və maarifpərvər işlər aparması, habelə “erməni soyqırımı”nın tanınması uğrunda mübarizəsi ilə bağlıdır”.
Belə bir izahat HRW-nin İsraili məskunlaşma ilə bağlı boykot kampaniyası ilə tərs düşməktədir.
Bu, həm də xanım Uitsonun Dağlıq Qarabğda heç də təhsil və maarifpərvərliklə bağlı olmayan məskunlaşma qrupları üçün ianə toplanması çağırışlarına da ziddiyyət təşkil edir. Sara Uitson “gənc erməni ailələlərinin kök salması üçün” Dağlıq Qarabağda yeni məskənlərin salınmasını dəstəkləyən Ümumerməni xeyriyyəçilik ittifaqının işini də təqdir edir. Xanım Uitson “Ermənistana”, daha doğrusu, Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülən Suriya ermənilərinə göstərilən yardımlara görə həmin təşkilata xüsusi təşəkkürlərini də çatdırıb.
Sara Uitsonun ermənilərin məskunlaşmasını dəstəkləmək hüquq var. Beynəlxalq hüquq bu cür icmaların boykotunu və ya onlara qarşı sanksiya tətbiq olunmasını nəzərdə tutmur. Lakin HRW "məskunlaşanlar" və "işğal” məsələlərində daha ciddi olsaydı Yaxın Şərqdəki bölməsini dəstəkələyən tərəfdarları da olmazdı.
Yalnız İsraildə məskunlşmaya qarşı çıxan, lakin başqa bölgələrdə işğal siyasətini dəstəkləyən xanım Uitson bu məsələdə tək deyil. İsrailə qarşı “Code Pink” kampaniyasının lideri Nensi Kirkoryan da erməni məskunlaşmasının ən qızğın tərəfdarlarından biri kimi tanınır. Miçiqan ştatından olan senator Rəşid Tlayeb də İsraili boykota çağıranlardan biri olsa da, erməni məskənləri ilə münasibətlərin normallaşdırılması haqqında qanun layihəsinin həmmüəlliflərindən biridir.
“Beynəlxalq Münasibətlər üzrə Avropa Şurası” da Avropa ilə İsrailin İordan çayının Qərb sahilində fəaliyyəti ilə bağlı əlaqələrin hüdudlaşdırılması yönündə çıxış eddir. Avropanın beyin mərkəzlərindən sayılan təşkilat bunun beynəlxalq hüququn qəti tələbi olduğunu bildirir.
Lakin bu yaxınlarda təşkilatın bəzi iri korporativ donorlarının Mərakeş tərəfindən tutulan Qərbi Saxara və Türkiyənin nəzarət etdiyi Şimali Kiprdə biznes maraqlarını gerçəkləşdirdiyi ortaya çıxıb. Deyəsən, Şurını bu ərazilərdəki münasibətlər heç maraqlandırmır.
Eynilə HRW-dakı vəzifəsi də xanım Uilsonun məskunlaşma ilə bağlı açıq fikirlərinə heç də tərs gəlmir. Bütün bunlar onun bir oyun və ikli standart xarakter daşıdığını nümayiş etdirir. İsrailə qarşı sanksiya tərəfdarlarının məskunlaşma ilə bağlı mövqeləri onların yəhudi dövləti ilə bağlı tətbiq etmək istədikləri beynəlxalq hüququn əslində heç də “beynəlxalq hüquq” olmadığını göstərir.
Tarix: 16-01-2020, 22:41
Xəbəri paylaş





Xəbər lenti