Qarabağ danışıqları saxta “soyqırımı”nın təsdiqindən sonra - 2020-ci ilin gözləntisi

 

Hər üç həmsədr dövlət uydurma “genosid”i tanımaqla ermənilərə rəğbət ifadə edirsə, ədalətli vasitəçiliyi harada axtarmalı? politoloq: “Bu minvalla danışıqlar 40-50 il də sürə bilər...” 

Ötən həftənin ən qalmaqallı siyasi olaylarından biri ABŞ Senatının qondarma “erməni soyqırımı” məsələsini təsdiqləməsi oldu. Şübhəsiz ki, bu sənəd qardaş ölkə üçün heç bir hüquqi, siyasi məsuliyyət yaratmayan adi  kağız parçasıdır və ermənilərə himayədarlıqdan qat-qat çox, Ankaradan qisas almaq məqsədi güdür. Ona da şübhə yoxdur ki, bu ədalətsiz qərar Türkiyə-ABŞ münasibətlərinə növbəti zərbədən başqa heç bir nəticə doğurmayacaq.

Ancaq Senatın qətnaməsi dolayısıyla Azərbaycana, Dağlıq Qarabağ məsələsinə hansısa neqativ təsirlər buraxa bilər. O anlamda ki, ABŞ konfliktin həllində üç həmsədrdən biridir və bu dövlətin ermənilərə açıq simpatiyası, onların Türkiyə ilə bağlı tam haqsız, əsasız iddiasına dəstəyi Vaşinqtonun Dağlıq Qarabağ məsələsində də qərəzsiz vasitəçiliyinə kölgə sala, Türkiyə ilə yanaşı, ölkəmizdə də Amerikaya inamı aşağı sala bilər.

İkinci yandan, məlum qərar işğalçı Ermənistanı Qarabağ məsələsində daha radikal mövqe tutmağa şirnikləndirə bilər. Çünki İrəvan Türkiyə və Azərbaycanı bir-birindın ayırmır, onların hər ikisinə gözlə baxır və hər iki qardaş ölkəyə ərazi iddiası var.    

Politoloq Elxan Şahinoğlu da haqlı olaraq sual edir ki, Birləşmiş Ştatlar Türkiyəyə münasibətdə belə sanksiya qərarları ilə İrəvanı və erməniliyi dəstəkləyirsə, ondan ədalətli Qarabağ nizamlaması gözləmək olarmı? “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, rusdilli Minval.az-a açıqlamasında deyib.

“Ona görə də ABŞ-ın vasitəçiliyi ilə bağlı belə bir sual ortaya çıxır. Və təkcə ABŞ-dan da söhbət getmir. Vaxtilə digər iki həmsədr dövlət  - Fransa və Rusiya parlamentləri də saxta genosid iddiasını təsdiqləyiblər. Bütün bunlar onu sübut edir ki, əgər erməni lobbisinə dəstək varsa, bu ölkələrin parlamenti ermənilərin xeyrinə qərarlar qəbul edirsə, onlardan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini gözləmək olmaz”, - deyə siyasi analitik qeyd edib.

Ermənişünas alim Qafar Çaxmaqlı isə istisna etmir ki, Amerikanın ermənilərə yönəlik atdığı bu addım həm də Dağlıq Qarabağdakı separatçılığın dəstəklənməsinə gətirib çıxara bilər: “Amerika Senatına qədər uzanan erməni əli kəsilməsə, gələcəkdə Qarabağla bağlı bizim əleyhimizə qərarlar çıxarılacağına təminat yoxdur. Amerika siyasətini bəhanələr üzərində qurur. Bircə misal çəkək: İraq müdaxilə edərkən burada nüvə silahı olduğunu israr edirdi, lakin atom bombası tapılmadı. Amerikanın hansı addım atması bilinməz, elə buna görə də o, təhlükəlidir”.

*****

Digər həmsədr dövlət - Rusiyaya gəlincə, bəllidir ki, Moskva işğalçı ölkənin əsas qarantoru olaraq qalır, Azərbaycanın təcavüzkarın dərsini verməsinə mane olur. Doğrudur, Rusiya bizim əsas silah tədarükçülərimizdən biridir. Ancaq bahalı və müasir silahlar ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istifadə olunmyacaqsa, Kreml müharibəyə izn verməyəcəksə, o zaman onları niyə alırıq? Bu da daha bir ciddi sual.

Yəni Azərbaycan daha neçə il gözləməlidir ki, təcavüzkara ən güclü təsir imkanı olan Moskva nəhayət, sözdən işə keçsin və öz satellitini ağla gətirsin, onu konfliktin həllində ədalətli mövqe tutmağa, substantiv danışıqlara başlamağa vadar eləsin?! Quru, növbətçi bəyanatlar bəs etmədimi? Yeri gəlmişkən, ötən həftə Rusiyadan, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovadan növbəti belə bəyanatı eşitdik.   

Sitat: “Rusiya vasitəçi xarakterli müvafiq beynəlxalq funksiyaları yerinə yetirən ölkə olaraq Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən münaqişənin və münaqişəli vəziyyətin həlli xeyrinə dialoqun davam etdirilməsi üçün əlindən gələn yardımı edəcək”.

Zaxarova bunu Bratislavadakı danışıqlardan sonra Azərbaycan və Ermənistanın yaydığı bəyanatlardakı fərqli mövqeləri şərh edərkən deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqelərdəki fərq göz qabağındadır, əks halda, danışıqlar prosesi olmazdı: “Dialoqun konstruktiv şəkildə davam etməsi və tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik”.

Zaxarova ile ilgili görsel sonucu

Təbii ki, rusiyalı xanım diplomat blef edir. Çünki rəsmi Moskva problemin nizamlanması üçün indiyədək hər şeyi eləsəydi, heç bir başqa vasitəçiyə ehtiyac qalmaz, konflikt qısa zamanda həllini tapardı. Səbəbləri dedik.

*****

“Dağlıq Qarabağla bağlı danışıqların alternativi yoxdur”. Bu sözləri isə CBC-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. Nazir deyib ki, erməni tərəfinin bəyanatlarında tez-tez emosiya üstünlük təşkil edir.

“Erməni tərəfinin addımlarının və bəyanatlarının 99%-i emosiyaya əsaslanıb. Danışıqlar prosesi cəmiyyətdəki ovqatı diqqətlə izləməlidir - həm Azərbaycanda, həm də Ermənistanda. Bu, təbii prosesdir və birmənalıdır. Biz öz tərəfimizdən anlaya bilmirik ki, niyə İrəvan Dağlıq Qarabağın erməni icmasına azərbaycanlı icma ilə ünsiyyətə icazə vermir?”, - deyə Azərbaycan XİN başçısı sual edib.

E.Məmmədyarov ile ilgili görsel sonucu

E.Məmmədyarov qeyd edib ki, hətta hərbi əməliyyatlar bərpa edilsə belə, danışıqlar prosesi getməlidir, ona görə ki, müharibə əbədi ola bilməz. Bu zaman o, əlavə edib ki, erməni tərəfinə xas olan emosiyalar və stereotiplər neqativ fon yaradaraq, irəli getməyə mane olur: “Mən həmişə erməni tərəfinə, o cümlədən erməni jurnalistlərə sual edirəm ki, heç olmasa, bircə arqument göstərin ki, siz Azərbaycanla münaqişəyə girməklə nəsə qazanmısınız. Məgər siz daha yaxşı yaşamağa başlamısınız, layihələrə qoşulmusunuz və ya nəsə başqa bir müsbət şey var? Ona görə də mühüm olanı sadə ermənilərin qəlbinə qulaq asmaqdır”.

Təəssüf ki, bu kimi çağırışlar başa çatmaqda olan ildə də Ermənistanda eşidilməz oldu. Çünki işğalçı ölkənin yeni rəhbərliyi də, bütövlükdə erməni siyasi isteblişmenti bədbəxt erməni xalqını xəyal-nağıllarla aldatmağa davam edirlər. Gerçəyin üzünə baxmağa cürət etmirlər. Bu da ermənilərin həyasız mövqeyinə dair isti fakt.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas prinsipimiz Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınmasıdır. Öz müqəddəratını təyinetmə hüququ məhdudlaşdırılmadan həyata keçirilməlidir. Bu, o deməkdir ki, Qarabağ xalqı öz statusunu Azərbaycanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü xaricində saxlamaq və həll etmək hüququna malikdir. Bu hüququn həyata keçirilməsini təmin etməyən bütün təkliflər Ermənistan üçün qəbul edilə bilməz”.

Yəni Azərbaycana qarşı rəsmi səviyyədə ərazi iddiası. Dağlıq Qarabağı bizə verin, vəssalam.  Sözsüz ki, bunu gözləyənlər boşuna gözləyir və yalnız böyük müharibəni yaxınlaşdırmaqla məşğuldurlar. Beləcə, qiymətli zaman gedir, müharibə riski artır. Paralel surətdə Ermənistan və xalqının iztirabları davam edir, blokada rejimi daha da sərtləşir, ölkədən kütləvi köç səngimir. Düşmən ölkənin Qarabağ müharibəsində “qələbəsi”nin acı yekunu bu günə bundan ibarətdir...

***** 

Qriqori Trofimçuk ile ilgili görsel sonucu

“Faktiki olaraq, bu gün Qarabağ danışıqları ilə bağlı situasiya yerində sayir. Üstəlik, bu situasiya Nikol Paşinyanın danışıqlar formatına bir-birinin ardınca daxil eləmək istədiyi silsilə ”innovasiyaları" ilə daha da qəlizləşib".

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Minval.az-a rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk söyləyib.

“Paşinyanın Dağlıq Qarabağın birbaşa danışıqlarda iştirak tələbi, ”Sülhü torpaqlara dəyişmərəm" tezisi öz-özlüyündə Qarabağ mövzusunda istənilən diskussiyanı mənasız edir. O, beynəlxalq müşahidəçilər də daxil, danışıqların iştirakçılarına anlatmaq istəyir ki, heç kəsə heç nə, heç bir ərazi verməyə hazırlaşmır. Ona görə də bu minvalla danışıqlar 40-50 il də sürə bilər", - deyə Trofimçuk qeyd edib.

Onun sözlərinə görə, Rusiya üçün əsas olan Qarabağda müharibənin başlamamasıdır. “Bu vəzifənin öhdəsindən də 2016-cı ilin aprelindın sonra yetərincə uğurlu gəlinir. Rusiya, şübhəsiz, bu münaqişəni nizamlamaq istəyərdi, ancaq bunun üçün bütün şərtlər yetişməyib. Çox şey bu gün Paşinyanın davranışından asılıdır - hər yerdə, hər şeyi öz tərəfinə çəkmək istəyir...”

*****

kreml ile ilgili görsel sonucu

Əlbəttə ki, rusiyalı ekspert Moskvaya sərf edən geosiyasi şərtləri nəzərdə tutur. Ancaq Azərbaycanın ərazi bütövlüyü məsələsi bu şərtlərə bağlana bilməz. Bağlanırsa, demək, Moskvanın başqa hədəfləri var.

Yaranmış vəziyyətdə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, ələlxüsus da həbi müttəfiqliyi xüsusi önəm daşıyır və danışıqlar masası arxasında mühüm güc faktoru olaraq ortaya çıxır. Konfliktin həllində ən ədalətli vasitəçi də elə odur - qardaş ölkə. Nə qədər ki, Türkiyə 90-cı illərin əvvəlində olduğu kimi, Qarabağ danışıqlarına qayıtmayıb, belə görünür, “köhnə yük” yerindən tərpənməyəcək.

Gələn ilin bir gözləntisi də bu ola bilər - Ankaranın fəal şəkildə nizamlama prosesinə cəlb eləmək. Ən azı, indiki danışıqlar formatında ermənipərəst vasitəçilərə qarşı balans yaratmaq üçün...

Siyasət şöbəsi 

Tarix: 16-12-2019, 10:23
Xəbəri paylaş





Xəbər lenti