“KARTLAR TRAMPIN ƏLİNDƏDİR, PUTİNİN YOX” – “Onun məyusluğu pik həddə çatıb...”
“Putinin iqtisadi mövqeyi döyüş meydanındakı mövqeyindən də zəifdir”"Putin vaxt uzadır və başa düşmür ki, o, tələblər irəli sürmək iqtidarında deyil. Rusiya həm iqtisadi, həm də hərbi baxımdan inanılmaz dərəcədə zəifdir, bu isə o deməkdir ki, bu danışıqlarda bütün kartlar Trampın əlindədir".“AzPolitika” xəbər verir ki, “The Washington Post”da dərc edilən məqalədə belə deyilir.
Məqalədə deyildiyinə görə, Donald Tramp qərar versə ki, Ukraynada sülhün bərqərar olmasına mane olan Putindir, o, Rusiyanı sanksiyalarla vuracaq və Kiyevə hərbi dəstəyi artıracaq. Müəllifə görə, reallıq ondan ibarətdir ki, Putin iqtisadi və hərbi cəhətdən zəifdir və Ukrayna üzərində qələbəyə aparan yol görünmür: "Kartları tutan o deyil, Trampdır və o, kartlarını oynamağa hazırlaşır".
Məqlədə deyilir ki, Trampın məyusluğu Putinin Ukrayna Prezidenti Volodimir Zelenskinin istefasını və Ukraynada keçid hökumətinin yaradılmasını müharibənin dayandırılması üçün şərt kimi irəli sürməsindən sonra pik həddə çatıb. Müəllif qeyd edib ki, Rusiya tükənib və bu, Trampa böyük üstünlük verir. Əgər Putin sülhdən imtina etsə, Tramp İran tipli maksimum təzyiq kampaniyasını Moskvaya qarşı başlaya bilər və bu, Rusiyanı çox pis vəziyyətdə qoyar.
Analitiklər qeyd edib ki, 2024-cü ildə Rusiya Federasiyası Ukraynaya qarşı müharibədə ölən və ya yaralananlar birgə 427 mindən çox insan itirib və bir ay ərzində ruslar ABŞ-nin Əfqanıstanda 20 illik müharibədə verdiyi itkilərdən daha çox itki verib: "Hətta Putinyönlü rus analitikləri etiraf edirlər ki, orta statistik rus əsgəri cəbhə xəttində bir aydan az vaxtda sağ qala bilir".
Yazıda deyilir ki, Putini insan itkilərilə maraqlanmır, lakin o, həm də hərbi texnikanın qeyri-mütənasib itkilərinə məruz qalır. Xüsusilə, Ukrayna 2024-cü ildə Rusiyanın 12 min tank və zirehli döyüş maşınını, 13 min artilleriya sistemini məhv edib. Putinin zirehli texnika ehtiyatı o qədər azdır ki, o, Sovet dövründən qalma, bəziləri 1950-ci illərə aid olan tank və zirehli maşınlara müraciət etmək məcburiyyətində qalıb: "O, hətta “Mosfilm” filmləri üçün rekvizit kimi istifadə edilən köhnə sovet tanklarını yenidən istismara verir".
Qəzet yazır ki, Rusiyanın müdafiə sənayesi bazası hazırkı itki sürətinə uyğunlaşa bilmir. ISW analitiki Corc Barros deyir ki, Rusiya hər ay təxminən 350 tank və artilleriya qurğusu itirir, əvəzində 20 ədəd istehsal edə bilir: “Putin canlı qüvvə və texnikada böyük strateji qurbanlar verir, çünki o, ukraynalılar üçün mənzərənin getdikcə pisləşdiyi, Rusiyanın irəlilədiyi təəssüratı yaratmaq istəyir. Amma reallıq budur ki, Rusiyanın Ukraynada Putinin hərbi məqsədlərinə çatmaq üçün qoşun və ya texnikası yoxdur”.
Qəzet Putinin iqtisadi mövqeyinin onun döyüş meydanındakı mövqeyindən də zəif olduğunu bildirib: "Rusiya iqtisadiyyatını çökməkdən saxlayan yeganə şey, Prezident Co Baydenin Putinə hədiyyəsi olan neft və qaz ixracı gəlirlərinin artmasıdır. Rusiyanın enerji gəlirləri 2024-cü ildə 26%-dən çox artaraq 108 milyard dollara çatıb və bu, enerji sektorunu Kremlin yeganə ən mühüm pul mənbəyinə çevirib".
Bundan əlavə, qeyd olunur ki, Tramp Ukraynadakı döyüş meydanında Putinə təsir göstərmək üçün maksimum təzyiq kampaniyasından istifadə etməyə qadirdir. Putin döyüşləri dayandırmağa razı olmasa, sadəcə olaraq Ukraynaya Amerika silahlarının axınını artırmaq kifayət edəcək. Müəllif Trampın bu sözlərini xatırladıb: "Mən Putinə deyərdim: əgər sövdələşmə etməsəniz, biz (ukraynalılara) çox şey verəcəyik. Lazım olsa, onlara indiyə qədər aldıqlarından da çoxunu verəcəyik".
C. Məmmədov
Tarix: 2-04-2025, 22:55