Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
Səhiyyə Nazirliyinin tabeliyində olan “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsi dərman, tibbi sərfiyyat və reaktivlərin alınmasına 1 723 885 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, qurum dərmanları “Avromed Company” QSC-dən alacaq.
Tərəflər müqavilə bağlayıb.
Tarix: Bu gün, 22:39