Anar Bayramov öz adamlarını TƏBİB-ə yığır - Daha bir dostuna vəzifə verdi
Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib. Bizimesr.com bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib. B.Rzayev daha əvvəl ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri və Agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.
O, yeni təyinatdan əvvəl TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, TƏBİB rəhbəri Anar Bayramov bu vəzifəyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. Eyni zamanda bu gün təyin etdiyi dostu
Bahadur Rzayev ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri və Agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.
Tarix: Bu gün, 21:58