Yayda bu qidaları 1 gündən artıq saxlamayın! - XƏBƏRDARLIQ


İsti hava şəraitində bəzi gündəlik qidaların saxlanma müddətinə xüsusi diqqət yetirilməlidir.
 

Yay aylarında yüksək temperatur bakteriyaların qida məhsullarında daha sürətli çoxalmasına səbəb olur. Bu isə düzgün saxlanmayan qidaların 24 saatdan sonra ciddi zəhərlənməyə yol aça biləcəyini göstərir. BAKU.WS yay aylarında 1 gündən artıq qaldıqda tərkibi dəyişən sözügedən qidaları təqdim edir:
 
1. Bişmiş düyü və makaron
 
Tərkibində Bacillus cereus adlı bakteriya inkişaf edə bilər. Bu bakteriya qızdırıldıqda belə tam məhv olmur. Düyü və makaron 1 gündən sonra istehlak edilməməlidir.
 
2. Mayonezli salatlar
 
Mayonez isti havada tez xarab olur. Açıq havada saxlanılan salatlar 12-24 saatdan sonra ciddi zəhərlənmə riski daşıyır.
 
3. Süd məhsulları (qatıq, pendir, kəsmik)
 
Bu məhsullar soyuducuda saxlanılsa belə, açıq vəziyyətdə 24 saatdan artıq qaldıqda istifadə üçün təhlükəli ola bilər.
 
4. Bişmiş ət və toyuq yeməkləri
 
Yayda ət məhsullarında bakteriyalar sürətlə artır. Soyuducuda saxlanılsa belə, 1 gündən sonra yenidən yaxşıca qızdırılmadan istifadə olunmamalıdır.
 
5. Dəniz məhsulları (balıq, midyə və s.)
 
Ən tez xarab olan məhsullardandır. Hətta soyuducuda belə bir gündən çox saxlanmamalıdır.
 
6. Yumurtalı yeməklər (omlet, qayğanaq və s.)
 
Yumurtada olan bakteriyalar isti havada aktivləşir. Bu tip yeməklər 24 saatdan sonra təhlükəli ola bilər.
 
7. Kremli tortlar və şirniyyatlar
 
Süd və qaymaq tərkibli kremli şirniyyatlar yüksək temperaturda çox tez xarab olur. Soyuducudan kənarda bir neçə saat qaldıqda belə zəhərlənmə riski yaradır.
Tarix: 11-05-2025, 22:19
Xəbəri paylaş





Xəbər lenti