Damarların vəziyyəti bütün orqanizmin sağlamlığına böyük təsir göstərir. Xüsusilə, bu, ateroskleroz və hipertoniyanın inkişaf riski ilə birbaşa əlaqəlidir.Xeber.ge xəbər verir ki, bu barədə funksional diaqnostika üzrə rusiyalı mütəxəssis, tibb elmləri namizədi İrina Polyayeva xəbərdarlıq edib.
Onun sözlərinə görə, damar sisteminin sağlamlığı üçün əsas amillərdən biri düzgün qidalanmadır.
Həkim damar divarlarını möhkəmləndirən məhsullar haqqında danışıb. Onları təqdim edirik:
Meyvələr və giləmeyvələrSitrus meyvələri - limon, portağal, qreypfrut - damarları möhkəmləndirən "C" vitamini ilə zəngindir. Giləmeyvələr (qaragilə, moruq, çiyələk) isə qan dövranını yaxşılaşdıran və iltihab proseslərini azaldan antioksidantlar və flavonoidlər ehtiva edir.
Yaşıl tərəvəzlər və göyərtilərİspanaq, kələm, brokkoli, yaşıl bibər və digər göyərtilər "K" və "C" vitaminləri, eləcə də maqneziumla zəngindir. Bu maddələr damar divarlarının sağlamlığına müsbət təsir göstərir.
Qoz-fındıq və toxumlarQoz, badam, kətan və çia toxumları "omeqa-3" yağ turşularının mənbəyidir. Bu maddələr xolesterinin səviyyəsini aşağı salır və damar elastikliyini artırır.
Balıq və dəniz məhsullarıDəniz məhsulları "omeqa-3" yağ turşuları ilə zəngindir. Onlar trigliseridlərin səviyyəsini aşağı salır və ürək-damar sisteminin sağlamlığını yaxşılaşdırır.
Taxıllar və liflə zəngin məhsullarYulaf, qəhvəyi düyü və kinoa orqanizmdə maddələr mübadiləsini yaxşılaşdıran və damar sağlamlığını dəstəkləyən "B" qrupu vitaminləri və lif ehtiva edir.
Ədviyyatlar və ətirli bitkilərSarıkök tərkibində güclü iltihabəleyhinə təsiri olan kurkumin maddəsini saxlayır. Zəncəfil qan dövranını yaxşılaşdırır və antioksidant təsir göstərir. Sarımsaq isə qan dövranını gücləndirir və iltihabla mübarizə aparır.
İrina Polyaeva vurğulayıb ki, damar divarlarının möhkəmləndirilməsi ürək-damar xəstəliklərinin profilaktikasında mühüm rol oynayır. Bunun üçün təkcə düzgün qidalanmaq deyil, həm də müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq və zərərli vərdişlərdən imtina etmək vacibdir.
mənbə: oxu.az
Tarix: 6-03-2025, 13:22