“Zəngəzur dəhlizinin açılmasını niyə istəmirlər? - Erkin Qədirli açıqladı



“Ermənistandan başqa, Zəngəzur dəhlizinin açılmasını istəməyən ölkələr də var”.
“AzPolitika” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Erkin Qədirli TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, Zəngəzur dəhlizi cəmi 40 kilometrlik yol olsa da, artıq 40 ildir ki, bağlıdır. O qeyd edib: Yolun açılmasını yalnız Ermənistan deyil, bəzi başqa ölkələr də istəmir. Həmin ölkələrin adlarını çəkməyəcəyəm. Amma bu yolun Turan yolu olması səbəbilə açılmasını istəmirlər. Bəziləri bu fikri açıq şəkildə, digərləri isə qapalı görüşlərdə ifadə edir. Hesab edirəm ki, gələcəyimiz baxımından türk dövlətlərinin təhlükəsizliyi olduqca önəmlidir.”
Tarix: 16-04-2025, 14:58
Xəbəri paylaş





Xəbər lenti