Nyutonun dünyanın sonuyla bağlı proqnozu ortaya çıxıb - FOTO
	 Məşhur alim İsaak Nyutonun qiyamət tarixi ilə bağlı illər öncə verdiyi proqnoz ortaya çıxıb."AzPolitika.info
Məşhur alim İsaak Nyutonun qiyamət tarixi ilə bağlı illər öncə verdiyi proqnoz ortaya çıxıb."AzPolitika.info" Britaniya mətbuatına istinadla xəbər verir ki, Nyutonun 1704-cü ildə müqəddəs kitablar və dini yazılar əsasında apardığı hesablamalara görə, dünyanın sonu 2060-cı ilə təsadüf edəcək.
Nyutonun fikrincə, 21-ci əsrin ortalarında İsa Məsih qayıdaraq, Yer üzündə hökmranlıq edəcək. O, hesab edirdi ki, 21-ci əsrdə yəhudi xalqı İsraildə daim inkişaf edən əbədi bir krallıq quracaq.Qeyd edək ki, Nyuton fizika və riyaziyyat sahələrində bir çox əsaslı kəşflərin müəllifi kimi tanınır.
1704-cü ildə onun proqnozları çox uzaq perspektiv kimi görünsə də, hazırda həmin tarixə cəmi 37 il qalıb.

 
	
	
	
	
	
 Tarix: 22-04-2023, 15:12   
 	 
            
 
 
	
 
 