Sərt ətlərə son - Cəmi 20 dəqiqədə əti pambıq kimi edən üsul
Dadlı bir ət yeməyi hazırlamağın ən vacib addımı, şübhəsiz ki, onun düzgün marinad edilməsidir. Bir çoxumuz əti yumşaltmaq üçün sirkə, limon suyu və ya qatıqdan istifadə edirik. Lakin bu dəfə aşpazların gizli saxladığı, ətin toxumasını tamamilə dəyişdirib onu ağızda əriyən vəziyyətə gətirən tamam fərqli bir üsuldan bəhs edəcəyik. Pravda.az əti pambıq kimi yumşaltmağın və şirəsini daxilində saxlamağın ən təsirli yolunu təqdim edir:
Soda və nişasta möcüzəsiXüsusilə Asiya mətbəxində, restoranlarda yeyilən ətlərin niyə bu qədər yumşaq olduğunu heç düşünmüsünüzmü? Bunun arxasında "velveting" (məxmərləşdirmə) adlanan xüsusi bir üsul dayanır.
Lazım olanlar: 1 çay qaşığı qida sodası
1 xörək qaşığı qarğıdalı və ya kartof nişastası
Az miqdarda su və ya duru yağ
Addım-addım tətbiqi: Doğrayın: Əti bişirmək istədiyiniz ölçüdə
Sodanı əlavə edin: Doğranmış ətlərin üzərinə qida sodasını səpib yaxşıca qarışdırın və təxminən 15-20 dəqiqə saxlayın. Soda ətin liflərini boşaldacaq və turşuluq balansını dəyişərək onun sərtləşməsinin qarşısını alacaq.
Yuyun və qurudun: Vaxt tamam olduqdan sonra əti soyuq suyun altında yuyaraq üzərindəki sodanı tamamilə təmizləyin. Sonra kağız dəsmalla ətləri tam qurdun.
Nişasta ilə möhürləyin: Quruladığınız ətləri azca su və ya duru yağla qarışdırılmış nişastaya bulayın. Nişasta ətin xarici təbəqəsində qoruyucu bir qat yaradaraq bişmə zamanı şirəsinin çölə qaçmasının qarşısını alacaq.
Bu üsul niyə bu qədər effektivdir?Şirəli qalır: Ət bişərkən daxili suyunu itirmir, beləcə quru və qayış kimi olmur.
Tez bişir: Lifləri yumşaldığı üçün ətin bişmə müddəti yarıbayarı qısalır.
Sousu canına çəkir: Bu üsulla hazırlanan ətlər sonradan əlavə edilən sousları özünə daha yaxşı çəkir.
Qeyd: Sodanı ətin üzərində 20 dəqiqədən artıq saxlamayın, əks halda ətin toxuması həddindən artıq parçalana bilər. Bu üsul xüsusilə mal və dana ətinin sərt hissələri üçün idealdır.
Tarix: Bu gün, 14:02