Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri ötən il 1,5 mln. manat - zərər edib

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri ötən il 1,5 mln. manat
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2023-cü ili 1 465 666 manat zərərlə başa vurub.

Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.

Ötən il qurumun gəlirləri 60 666 998,86 manat, xərcləri isə 75 323 665,76 manat təşkil edib.

Hesabat dövründə Dövlət Xidmətinin əsas əməliyyat gəlirləri 57 141 158,24 manat, o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirləri 3 500 000 manat, sair əməliyyat gəlirləri 25 840,62 manat olub. Eyni zamanda istifadə edilmiş material ehtiyatları 682 790,07 manat, işçi heyəti üzrə xərcləri 53 035 433,74 manat, amortizasiya xərcləri 2 749 106,42 manat, digər əməliyyat xərcləri 4 429 038,41 manat, sair əməliyyat xərcləri 14 427 297,12 manat təşkil edib.
Tarix: 1-08-2024, 15:32
Xəbəri paylaş





Xəbər lenti