Külli miqdarda vergi borcu olan 8 ayın şirkəti – 33 MİLYONLUQ MƏHSUL İXRAC EDİB

«Vvest Stream» MMC bu ilin yanvar bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sekoru üzrə əsas ixracatçı özəl şirkətlərdən olub. Bizimesr.media sözügedən şirkət 32,7 milyon dollarlıq məhsul ixracı ilə özəl ixracatçı şirkətlərin reytinqində yeddinci yeri tutub. Ötən ilin sonu – 10 dekabr tarixində dövlət qeydiyyatına alınan şirkətin bu ilin 28 avqust tarixinə «xüsusilə külli miqdar» 1 milyon 337 min 321 manat vergi borcu yaranıb. Qeyd edək ki, xüsusilə külli miqdar dedikdə 500 yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Novruzəliyev Bəhruz Zirəddin oğludur. Şirkət Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov, ev.13, m.1 hüquqi ünvanında yerləşir.
Onu da bildirək ki, şirkətin qanuni təmsilçisi ötən ilin avqust ayının 29-da «AFA Export» MMC-ni təsis edib. Bu şirkət də bu ilin ilk yeddi ayında 27 milyon dollarlıq məhsul ixrac edib.
Bizimesr.media
Tarix: 30-08-2026, 11:10