AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - 3 milyon
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan "54№-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin də dövlət büdcəsinə külli miqdarda borcu yığılıb.32gun.az yazır ki, Goranboy rayonunun Zeyvə kəndində qeydiyyatda olan idarənin vergi borcu hazırda 2.973.544,66 AZN təşkil edir.
MMC-nin qanuni təmsilçisi, rəisi Məzahir Yaqub oğlu Səlimovdur.
Tarix: 25-08-2026, 08:52