SOCAR-ın Vitse-prezidentinin "Azəriqaz" rəhbərinə xəbərdarlıq məktubu yayıldı - Ən çox qaz itkisi hansı bölgələrdədir? - SƏNƏD
SOCAR-ın Vitse-prezidenti Elşad Nəsirovun "Azəriqaz"ın baş direktoru Azər Məmmədova sensasion xəbərdarlıq məktubu yayılıb.Mia.az xəbər verir ki, hesabat-yoxlama xarakterli məktubda vitse-prezident konkret faktlara toxunaraq, Bakı və regionlarda ciddi qaz itkiləri olduğunu və bunun
son aylarda daha da artma tendensiyasının böyük narahatlıq yaratdığını bildirib.
Məktubun mətnindən görünür ki,
Salyan, Sumqayıt, Ağsu, Xaşmaz regional Qaz İstismari İdarləri ilə yanaşı, Bakı, Gəncə, Qarabağ, Lənkəran və Zaqatala Qaz İstismari İdarlərinin dislokasiyasındakı rayonlarda da qaz itkisi hədisz artıb.
AZƏR MƏMMƏDOV, "Azəriqaz"ın baş direktoruElşad Nəsirov Baş direktordan qaz xətlərinə qeyri-qanuni qoşulmalar və digər qanunsuz istehlak hallarının qarşısının alınması istiqamətində nəzarət mexanizmlərinin gücləndirilməsini tələb edib.
Cənab Vitse-prezidentin "Azəriqaz" rəhbərinə ünvanladığı məktubu aşağıda təqdim edirik.
Oxuyun!
Zəruri qeyd: məktubu feysbuk-da Sadiq Abdullayev yayıb.
Tarix: 8-08-2026, 17:34