"Alliance Trade"nin 2,1 milyon vergi borcu var
Alliance Trade" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə milyonlarla vergi borcu yaranıb. Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 2.138.969,9 AZN-nə çatıb.
Qeyd edək ki, hüquqi ünvanı Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 17, m 27A ünvanında yerləşən, nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi İbadova Şəfaqət Allahquli qızıdır.
Tarix: 3-06-2026, 08:28