Leysan Məmmədovun qohumbazlıq mexanizmi: əmisinəvəsinə yönələn milyonluq tenderlər

Leysan Məmmədovun qohumbazlıq mexanizmi: əmisinəvəsinə yönələn milyonluq tenderlər
Vətəninfo.az xəbər verir ki, iddialara görə, Leysan Məmmədov tərəfindən rəhbərlik edilən sturukturlarda qohumluq əlaqələrinin satınalma proseslərinə təsir göstərdiyi barədə ciddi suallar mövcuddur. Bildirilir ki, onun əmisi nəvəsi olan Hüseynov Rafiq Cümşüd oğlu ilə əlaqəli olduğu deyilən AZ TECHNOCON GROUP MMC son illərdə ardıcıl şəkildə iri həcmli dövlət sifarişləri əldə edib.

Məlumatlara əsasən, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi13.09.2024-cü ildən başlayaraq AZ TECHNOCON GROUP MMC ilə ümumilikdə 10 satınalma müqaviləsi bağlayıb. Bu müqavilələrin ümumi dəyərinin 8 milyon 595 min 505 manat olduğu bildirilir.

Bağlanmış müqavilələr sırasında aşağıdakı layihələr yer alır:

– Suqovuşan qəsəbəsi ərazisində tikilən 5 ədəd yaşayış binasının xarici rabitə şəbəkəsi üzrə tikinti-quraşdırma işləri – 68.968 manat
–Ağdam şəhəri Meşə Parkı layihəsi üzrə söküntü işləri – 190.743 manat
–Füzuli şəhəri inzibati bina layihəsi üzrə söküntü və şaquliplanlaşdırma işləri – 339.500 manat
–Ağdam şəhərində inzibati bina kompleksi və şəhər meydanı layhəsi üzrə söküntü işləri – 56.673 manat
–Füzuli şəhərində yaşayış məhəllələri layihəsi üzrə söküntü işləri– 84.257 manat
–Ağdam şəhəri 2 nömrəli yaşayış massivində qazanxana kompleksinin tikintisi – 1 milyon 35 min manat
–Ağdam rayonu 4 nömrəli yaşayış massivində su-kanalizasiya, yol, səki və abadlıq işləri – 3 milyon 269 min manat
– Füzuli şəhəri 3 nömrəli yaşayış məhəlləsində söküntü işləri – 137.605 manat
–Ağdam şəhər Cümə məscidinin tikinti-quraşdırma işləri üzrə– 412.693,83 manat
– Xocavənd rayonu ərazisində təmir-bərpa işləri üzrə təxminən-3 milyon manat
Rəqəmlər göstərir ki, qısa müddət ərzində eyni şirkətə bu qədər ardıcıl sifarişlərin yönləndirilməsi təsadüfi görünmür və satınalma prosesinin şəffaflığı barədə əsaslı suallar yaradır.

Tənqidçilərin fikrincə, burada söhbət təkcə tender qazanmaqdan yox,qohumluq əlaqələri vasitəsilə dövlət vəsaitlərinin müəyyən çevrələr arasında bölüşdürülməsi modelindən gedir. Əgər bu iddialar təsdiqlənərsə, həmin mexanizm dövlət satınalmalarının şəffaflıq və rəqabət prinsiplərinə ciddi zərbə hesab oluna bilər.
Tarix: Bu gün, 09:56
Xəbəri paylaş





Xəbər lenti