Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi



Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
 
Pravda.az-ın xəbərinə görə, qərarda qeyd olunub ki, qalib təchizatçını seçmək mümkün olmayıb. Buna səbəb isə texniki yanlışlıqdır.
 
Satınalmanın dəyəri 182 807 AZN olub.
Tarix: 10-06-2025, 08:52
Xəbəri paylaş





Xəbər lenti