"Şans Construction" MMC Vüqar Əhmədovun sədri olduğu "Azərişıq"dan qazandığı tenderlərdən sonra nizamnamə kapitalını 10 manatdan 35 min manata qaldırdı


Xəbər verdiyimiz kimi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi satınalma müsabiqələrində diqqət çəkən qaliblərdən biri “Şans Construction” MMC-dir. Şirkət "Azərişıq" vasitəsilə keçirilən tenderlərdə milyonlarla manatlıq sifarişlər əldə edib.
32gun.az-ın əldə etdiyi məlumata görə, “Şans Construction” MMC son dövrlərdə qazandığı tenderlərdən sonra nizamnamə kapitalını artırıb. Belə ki, tenderlərdə qalib gələn zaman cəmi 10 manat olan şirkətin nizamnamə kapitalı hazırda 35 010 AZN təşkil edir.
Xatırlatma“Şans Construction” MMC 2021-ci il iyunun 23-də qeydiyyata alınıb və bir ildən sonra dövlət tenderlərində iştirak etməyə başlayıb. Şirkət “Azərişıq” ASC-nin keçirdiyi tenderlərdə qalib gələrək milyonlarla manatlıq sifarişlər alıb. 2024-cü ildə təkcə bu qurumdan 7 tender udaraq 13 milyon manatdan artıq dəyəri olan müqavilələr imzalayıb.
Ən böyük sifariş ərzaqlıq buğda sahələrinin elektrik təchizatı ilə bağlıdır. Lakin maraqlıdır ki, bu qədər iri layihələr icra edən şirkət haqqında açıq mənbələrdə məlumat yoxdur. Hətta əlaqə vasitələri və rəsmi sayt belə mövcud deyil.
Qeyd edək ki, "Azərişıq" ASC-nin rəhbəri Vüqar Əhmədovdur.

Tarix: 11-05-2025, 22:13
Xəbəri paylaş





Xəbər lenti