
Ukraynada gedən döyüşlərdə həmyerlimiz həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrin Azərbaycan və Ukrayna seqmentində məlumatlar və kadrlar dərc olunub.
Bildirilir ki, sözügedən şəxs əslən Şəmkir rayonunun Qapanlı kəndindən olan Faiq Əsgərovdur.
Onun vida mərasimindən yayılan görüntülərdə mərasim iştirakçılarının diz çökdüyü, Azərbaycan Respublikası Himninin səsləndirildiyi və tabutunun üzərinə üçrəngli bayrağımızın örtüldüyü müşahidə olunur.
Həmin kadrları təqdim edirik: