Şirvanda dəmir yol relslərini kəsərək aparmaq istəyən şəxslər saxlanılıblar
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin
İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin
əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində axşam saatlarında dəmir yol
relslərini kəsərək aparmaq istəyən şəxslər saxlanılıblar.DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan
Siam.az-a verilən məlumata
görə, Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə Şirvan-Çeşidləmə mənzilinin 48-ci kilometrliyində, dəmir yolunun
yaxınlığında 3 ədəd dəmir yol relsini kəsərək yük avtomobilinə yükləyən zaman üç
nəfər şəxs saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakinləri A.Hüseynov,
C.Səlimov və E.Səlimov olduqları müəyyən edilib.
Həmin şəxslər maddi sübutla birlikdə Şirvan stansiya Xətt Polis Bölməsinə
gətiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.
Tarix: 9-12-2022, 22:43