Kürdəmirdə iki mağazadan oğurluq edən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan
Siam.az-a verilən məlumata
görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki mağazadan oğurluq
etməkdə şübhəli bilinən rayonun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş
Ramal Şirinov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, R.Şirinov rayon ərazisində yerləşən
mağazalara gecə saatlarında daxil olaraq, oradan 860 manat pul, 400 manat
dəyərində danışıq kartları və 949 manat dəyərində tutun məmulatları oğurlayaraq
zərərçəkmişlərə ümumillikdə 2209 manat maddi ziyan vurub.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində
həbs qətimkan tədbiri seçilib. Onun digər analoji cinayət hadisələrində iştirakının
olub-olmaması araşdırılır.
Tarix: 26-11-2022, 16:20