Məlum olub ki, hər iki şəxs kriminal dünyada “Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovun adamı olub.
Tərəflər arasında mübahisə “vəzifə” uğrunda düşüb. Məlumata görə, Mahir “Lotu Quli”nin adından Sankt Peterburqda iş adamlarından xərac yığmaqla məşğul olub. Lakin o, yığılan pulların bir hissəsini "qanuni oğru"dan gizlətdiyi üçün o, bu səlahiyyətindən məhrum edilib.
“Lotu Quli”nin göstərişi ilə Mahirin yerinə
Füzuli “təyin” edilib. Bu isə Mahirin xoşuna gəlməyib və Füzilini “söhbət”ə çağırıb. Nəticədə Mahir
Füzulinin baş və bədən nahiyəsinə bir neçə dəfə atəş açıb. Qarayev aldığı güllə yarasından hadisə yerində ölüb.