Türkiyədə 59 yaşlı “qanuni oğru”, kriminal aləmdə “Giya Kutaiski” ləqəbi ilə tanınan Qayoz Zviadadzenin öldürülməsi ilə bağlı 6 şübhəli şəxs saxlanılıb.Qeyd edək ki, Antalya vilayətinin Kəmər rayonunda “qanuni oğru”, kriminal aləmdə “Giya Kutaiski” ləqəbi ilə tanınan Qayoz Zviadadze öldürülüb. Onun yanında olan 27 yaşlı övladı isə ayağından yaralanıb. İlkin versiyaya görə, Zviadadzenin qətlinin səbəbi “Nodar Rustavski” kimi məşhur olan kriminal avtoritet Nodar Asoyan ilə münaqişə olub. Onlar Rusiyanın Rostov vilayətində təsir sahələrinin bölüşdürülməsi uğrunda mübarizə aparırdılar.