Vahid Ələkbərovun zavodunda yanğın:4 nəfər öldü
Nijeqorod vilayətinin Kstov rayonundakı "Lukoyl-Nijeqorodneftorqsintez" zavodunda güclü yanğın olub.Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, yanğın nəticəsində 4 nəfər həlak olub.
Agentliyin məlumatına görə, böyük ehtimalla onlar orada iş görən podrat təşkilatının əməkdaşlarıdır.
Hadisə ilə bağlı araşdırma aparılır.
Tarix: 6-10-2017, 09:55