Yasamalda 21 yaşlı oğlan özünü asıb

Yasamalda 21 yaşlı oğlan özünü asıb Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

“Report”un xəbərinə görə, 1996-ci il təvəllüdlü İbrahimov Ramiz Güloğlan oğlu Xiyabani küçəsində yerləşən evdə özünü iplə asaraq intihar edib.

Faktla bağlı hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin əməkdaşları cəlb edilib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.
Tarix: 11-07-2017, 10:10
Xəbəri paylaş





Xəbər lenti