Məşhur gül dükanına basqın: Satıcılar vəhşicəsinə döyüldü – VİDEO

Məşhur gül dükanına basqın: Satıcılar vəhşicəsinə döyüldü – VİDEO Bir neçə gün əvvəl Gəncədəki məşhur gül mağazalarının birinə edilən hücumun videosu yayılıb
Cumhuriyyet.net xəbər verir ki, görüntülər qısa müddət ərzində bütün sosial şəbəkələrdə paylaşıldı.

Məlumatlara əsasən, Gəncə şəhərinin mərkəzində, Şeyx Bahəddin küçəsindəki gül mağazasına bir neçə nəfər daxil olaraq orada olan gülləri dağıdıblar və işçilər, 1973-cü il təvəllüdlü Seyidov İsgəndər və onun qardaşı 1976-cı il təvəllüdlü Seyidov Anara ağır bədən xəsarətləri yetiriblər.
Polisin verdiyi məlumata əsasən, hadisə iyulun 3-də baş verib. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Siam.az
Tarix: 9-07-2017, 22:54
Xəbəri paylaş





Xəbər lenti