Prokurorluq Qaradağ RİH-ə girdi, müavin həbs edildi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb. Neqativ.com "Unikal"ın məlumatına istinadla bildirir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib.
Onun hansı səbəbdən həbs olunduğu hələlik açıqlanmayıb.
Tarix: Dünən, 22:52