Hövsan çimərliyində iyrənc MƏNZƏRƏ –Toyuq sexinin çirkabı dənizə AXIDILIR – VİDEO



Hövsan ərazisində yerləşən çimərliklərin birində kanalizasiya çirkabı birbaşa dənizə axıdılır. 

Bizim.Media əməkdaşının ərazidə çəkiliş etdiyi görüntülər bərbad mənzərənin əyani sübutudur.
 
Çirkab sular sahil boyu böyük bir ərazini məhv edib. Hətta dənizə axıdılan tullantı sularından çimərlik iki hissəyə bölünüb. Dəniz kənarı ərazilər isə zibil poliqonuna çevrilib. 
İstirahət üçün nəzərdə tutulan ərazidə natəmizlikdən və kəskin qoxudan dayanmaq mümkün deyil. 

Sahili gəzmək kifayətdir ki, bu acınacaqlı mənzərənin şahidi olasan.
Ətraflı videosüjetdə:
Tarix: 25-04-2025, 16:44
Xəbəri paylaş





Xəbər lenti