Bərdədə binanın eyvanı uçdu, 35 yaşlı qadın yaralandı - Video
Bərdədə yaşayış binasında uçqun olub.
Hadisə Bərdə şəhər Təbriz küçəsində yerləşən iki mərtəbəli yaşayış binasında baş verib.
Binanın eyvan hissəsində baş verən hadisə zamanı uçqun altında bir qadının qaldığı bildirilir. Məlumata görə, uçqun altında qalan şəxs 1990-cı il təvəllüdlü Turanə Əliyevadır.
Hadisə yerinə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.