Bakıda "OBA" marketdə partlayış nəticəsində baş verən yanğın söndürüldü - YENİLƏNDİ
Binədə "OBA" marketdə partlayış nəticəsində baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bu gün saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub
Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb.
***
08:48
Bu gün səhər saat 06:45 radələrində "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib.
Bu barədə marketlər şəbəkəsindən məlumat verilib:
İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində "OBA"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək.
Tarix: 27-02-2025, 10:25