Deputat AzTV-nin ləğvini təklif edir
Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində telekanal açmağımız lazımdır. Bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirdi.O dedi ki, Ukrayna, Qazaxıstan nümunəsində belə telekanallar var. Deputat digər kanallara ayrılan vəsaitləri xatırlatdı: “Biz 32 miyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallarından heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar da böyük həvəslə prezidentin sərəncamlarını oxuyurlar, səfərlərini işıqlandırırlar”.
Tarix: 1-12-2017, 20:19