Xətai Rayon İcra Hakimiyyəti uzun illərdir media sorğularını cavablandırmayan dövlət qurumlarından birinə çevrilib. Rayonda qanunsuz tikililər, abadlıq işləri və digər ictimai əhəmiyyətli məsələlərlə bağlı dəfələrlə göndərilən jurnalist sorğuları cavabsız qalır.Qanun dövlət qurumlarının media sorğularını qanunla müəyyən edilmiş müddətdə cavablandırmasını tələb etsə də, Xətai Rayon İcra Hakimiyyəti bu tələblərə əməl etmir.

Rayonda vəziyyətin bu həddə çatmasının əsas səbəblərindən biri idarəetmədə yaranmış boşluqdur.
Bizimesr.com xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində Başçının birinci müavini, Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, həmçinin Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri vəzifələri boş göstərilir. Paytaxtın ən böyük rayonlarından birində bu qədər mühüm vəzifələrin uzun müddət vakant qalması müəmmalıdır.
Bununla yanaşı, əldə etdiyimiz məlumata görə, icra hakimiyyətində müavin kimi Anar Səmədovun adı hallanır. Əgər bu məlumat doğrudursa, niyə bu barədə rəsmi məlumat ictimaiyyətə təqdim edilmir və rəsmi internet səhifəsində əksini tapmır?
Bu gün Xətai rayonunda qanunsuz tikintilərlə bağlı şikayətlər və məlumatlar ardıcıl şəkildə yayılır. Lakin bu məsələlərə münasibət bildirən, medianın suallarını cavablandıran və ictimaiyyəti məlumatlandıran məsul şəxs tapılmır.
Xətai Sənət Mərkəzində Xətai rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzi, Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Naxçıvan Rəssamlar
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin rəhbərlik etdiyi qurumda idarəetmənin faktiki olaraq yalnız bir nəfərin üzərində cəmləşdiyi təəssüratı yaranıb. Rəhbər vəzifələrin boş qalması, media sorğularının cavabsız saxlanılması və rayonda baş verən problemlərlə bağlı ictimaiyyətə məlumat verilməməsi bu qənaəti daha da gücləndirir.
İctimaiyyətlə əlaqələrin qurulmasına cavabdeh olan Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə media nümayəndələrini ümumiyyətlə saya salmır, telefonları açmır, biz sözlə, media heş onun vecinə də deyil.
Media ilə dialoqdan yayınmaq, informasiya verməmək və ictimai maraq doğuran məsələləri cavabsız qoymaq dövlət idarəçiliyində qəbulolunan yanaşma deyil. Xətai Rayon İcra Hakimiyyəti cəmiyyət qarşısında cavabdeh dövlət qurumudur və onun fəaliyyəti ilə bağlı suallar cavabsız qalmamalıdır.
Rayonda qanunsuz tikintilərin artması, rəhbər vəzifələrin boş qalması və media sorğularının cavablandırılmaması Xətai Rayon İcra Hakimiyyətinin fəaliyyətini böyük sual altına alır. Rafiq Quliyev icra başçısı funksiyasını yerinə yetirə bilmir...
Bizimesr.com
Ədil Hüseynli
Tarix: Dünən, 09:34