Ziya Məmmədovun oğluna aid olduğu deyilən Bakıda KFC-də İYRƏNC MƏNZƏRƏ: Toyuğun İçindən görün nə çıxdı

news/2026_06_05/inshot_20260605_220336940_1780682670.jpg



Sosial şəbəkələrdə populyar fast-fud şəbəkəsi olan KFC ilə bağlı hər kəsi şoka salacaq görüntülər yayılıb. 
32gun.az xəbər verir ki, Paylaşılan videoda bir müştəri, KFC-dən aldığı toyuq məhsulunu açarkən içindən kleyə bənzəyən, olduqca iyrənc və naməlum bir maddənin çıxdığını aşkar edib.
Müştərinin bildirdiyinə görə, məsələ ilə bağlı şirkətə müraciət olunduqdan sonra rəhbərlik sözügedən məhsulun Rusiyadan idxal edildiyini bəhanə gətirib və ödənilən məbləği geri qaytarmaqla canını qurtarmağa çalışıb. Lakin məhsulun içindən çıxan bu iyrənc mənzərə qısa zamanda sosial şəbəkələrdə böyük rezonans doğurub və istifadəçilər tərəfindən kəskin şəkildə pislənilib.
XATIRLATMA:

Bildirək ki, nizamamə kapitalı 10 min manat ola GFC MMC-nin qanuni təmsilçisi, rəhbəri Zaur Məmmədovdur. 

Mətbuatda gedən məlumatlara görə, 'GFC' MMC şirkəti Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur. Anar Məmmədovun adı həm yerli, həm də beynəlxalq mediada KFC brendi ilə sıx hallanır. Araşdırmalara görə, o, Böyük Britaniyada (Londonda) KFC-nin françayzinq hüquqlarına sahib olan bir neçə iri şirkətin ('B.J.R. Foods Limited', 'Colonel Foods Limited' və s.) əsas səhmdarıdır."
Nilay
Tarix: Dünən, 23:00
Xəbəri paylaş





Xəbər lenti