Turizm Agentliyi 2,4 milyonluq reklam tenderini “NYU MEDİA.AZ”a verdi



Turizm Agentliyi 2,4 milyonluq reklam tenderini “NYU MEDİA.AZ”a verdi
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sosial media platformalarında reklam yerlərinin alınması üzrə keçirdiyi satınalma müsabiqəsini yekunlaşdırıb. Müsabiqənin qalibi “NYU MEDİA.AZ” MMC müəyyən edilib.

Bizimesr.com bildirir ki, satınalma sənədlərinə əsasən, layihənin ümumi dəyəri 2 414 940,80 AZN, ilkin ehtimal olunan qiymət isə 2 598 497,00 AZN təşkil edib. Layihənin əsas istiqaməti müxtəlif sosial media platformalarında reklam kampaniyasının həyata keçirilməsidir.

Tender sənədlərində göstərilən əsas göstəriciyə görə, kampaniya çərçivəsində ümumilikdə 484 milyon təəssürat (impression) əldə olunması planlaşdırılır.

Platformalar üzrə bölgü təxminən belədir:

Facebook – 50 milyon
Instagram – 106 milyon
TikTok – 148 milyon
YouTube – 94 milyon
X (Twitter) – 10 milyon
Google reklam şəbəkəsi – 76 milyon
Telegram – 7,6 milyon

Qeyd edək ki,"NYU MEDİA.AZ" MMC-nin direktoru Rasim Davudovdur.
Tarix: Dünən, 08:01
Xəbəri paylaş





Xəbər lenti